Bakıda parkda ağacları kəsdilər - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda parkda ağacları kəsdilər - Fotolar

Hadisə

26 Fevral 2023 18:12 915


Bakı şəhərində yerləşən parkların birində ağaclar kəsilib.

Yenisabah.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, Xətai rayonunda yerləşən meşə tipli Gənclik parkında ağaclar kəsilib. Sezar pizza

Xətai Rayon İcra Hakimiyyəti parkda ağacların kəsilməsi barədə açıqlama verib.

Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə quruyan ağaclar kəsilib:

“Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən parkda quruyan ağaclar kəsilib. Hazırda onların yerinə yeni ağaclar əkilir”.

Qeyd edək ki, parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlanmışdı. 2021-ci ilin avqust ayında park açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!