Bakının Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.
"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda iki nəfərin vəziyyəti ağırdır. Belə ki, 22 yaşlı qız qapalı kəllə-beyin travması və yuxarı ətrafların sınığı, 20 yaşlı oğlan da qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. pizza hut
Qəza nəticəsində taksidə olan digər iki nəfərə- 38 və 33 yaşlı kişilərə isə yerindəcə yardım göstərilib. Sonuncu şəxs hospitalizasiyadan imtina edib.
Telegram kanalımız