Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsə 18 il həbs cəzası verildi

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsə 18 il həbs cəzası verildi

Kriminal

06 Dekabr 2022 19:02 435


Bakıda qətl törətməkdə təqsirləndirilən Asəf Cəfərzadəyə hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu il fevralın 8-də Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb.

1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tanışı, 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!