Bakıda qonşular arasında dava bıçaqlanma ilə bitdi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qonşular arasında dava bıçaqlanma ilə bitdi

Hadisə

15 Noyabr 2019 22:30 1699


Sabunçu rayonunda mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

"Yeni Sabah"  xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

“İstixana kombinatı” yaşayış massivində 1976-cı il təvəllüdlü Hacıyev Rafiq Eminəli oğlu qonşusu 1979-cu il təvəllüdlü Ədilov Elnur Behbud oğlu ilə mübahisə edib. pizza sifarişi

Əlbəyaxa davaya çevrilən mübahisə zamanı E.Ədilov R.Hacıyevi döyərək xəsarət yetirib. Daha sonra R.Hacıyev hiddətlənərək E.Ədilova bıçaqla xəsarət yetirib.

Dava zamanı hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!