Bakıda “Range Rover” qəzası -   Video 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Range Rover” qəzası - Video 

Kriminal

09 Avqust 2019 07:00 1193


Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Hadisə Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, taksi kimi istifadədə olan "Ravon" və "Range Rover" markalı avtomobillər toqquşub. Dominos pizza

Hadisə şahidlərinin verdiyi məlumata görə, Nəsibbəy Yusifbəyli küçəsi ilə hərəkətdə olan 90-NC-500 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü qırmızı işıqdan keçib. Nəticədə qəza baş verib.

"Ravon"un sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!