Bakıda satıcıya hücum edib kassadakı pulu oğurladılar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda satıcıya hücum edib kassadakı pulu oğurladılar

Kriminal

23 Noyabr 2022 15:23 745


Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə noyabrın 19-da saat 4 radələrində Z.Xəlilov küçəsindəki köşklərdən birinə gələn bir nəfərin satıcını əlindəki alətlə hədələyib kassadan 600 manat pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Mehdi Abbaszadə müəyyən edilərək saxlanılıb.  Toyuqlu pizza

Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!