Bakıda silsilə oğurluqlar edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda silsilə oğurluqlar edən şəxs tutuldu

Kriminal

22 May 2025 11:55 328


Binəqədi rayonu ərazisində 1369 manat dəyərində kabel oğurlanıb.

Yenisabah.az xəbər verir ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs rayon ərazisində bir nəfərin “Kia” markalı avtomobilindən 660 manat maddi vəsait və digər bir şəxsin həyətindən 1000 manat dəyərində dəmir materiallar da oğurlayıb. pizza sifarişi

Araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!