Bakıda sürücülər yolu kəsib əlbəyaxa dava etdi    - ŞOK VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sürücülər yolu kəsib əlbəyaxa dava etdi - ŞOK VİDEO

Hadisə

06 May 2022 19:05 325


Binəqədi-Balaxanı yolunda iki sürücü arasında əlbəyaxa dava baş verib. 

Yenisabah.az xəbər verir ki, görüntülər digər avtomobillərdən birinin kamerasına düşüb. "Ford" markalı 99-KM-243 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qəflətən yol çiyninə çıxaraq 99-XO-870 nömrəli London taksisinin sürücüsünə irad bildirib.

Aralarında mübahisə yarandığı üçün "Ford"un sürücüsü taksinin qarşısını kəsərək yerə düşüb və sürücüyə hücum çəkib. Nəticədə hər iki sürücü əlbəyaxa davaya çıxıb. Digər nəqliyyat vasitələrinin sürücüləri isə onları ayırmağa çalışıb. 
Sözügedən videonun görüntülərini təqdim edirik: pizza mizza

Avtosfer.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!