Bakıda sürüşmələrin monitorinqi aparıldı -   Çoxsaylı çatlar və çökmələr aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sürüşmələrin monitorinqi aparıldı - Çoxsaylı çatlar və çökmələr aşkarlandı

Hadisə

29 Oktyabr 2025 15:51 140


Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində sürüşmələrin monitorinqi aparılıb. 

Bu barədə "Yeni Sabah"a Coğrafiya İnstitutundan məlumat verilib. 

Mütəxəssislərin rəyinə görə, bu ərazidə sürüşmələrə səbəb olan əsas amil yamacın əsasının kəsilməsi və yamacın yuxarı hissəsində su və tullantı sularının nizamsız axmasıdır. pizza

İkinci sürüşmə sahəsi Yeni Günəşli yaşayış massivinin cənub-şərqində, Zığ-Hövsan yolunun kənarında yerləşir. Sürüşmələrin səbəbi antropogen fəaliyyətdir, yəni məişət və kanalizasiya sularının axıdılmasıdır.

Fərdi yaşayış binalarının divarlarında və hasarlarda çoxsaylı çatlar və çökmə hadisələri müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!