Bakının məşhur məkanı bağlandı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakının məşhur məkanı bağlandı - FOTOLAR

Sosial

16 Fevral 2026 18:38 832


Bakının ən dəbdəbəli məkanlarından biri “Telequlle & Tower Terrace Restaurant” fəaliyyətini dayandırıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə restoranın rəsmi instaqram hesabında paylaşım edilib. Bildirilib ki, məkan mövsümlə əlaqədar olaraq fəaliyyətini müvəqqəti dayandırır və növbəti sezona qədər qonaqlarını qəbul etməyəcək.

Paylaşımda qeyd olunub ki, restoran yeni mövsümdə yenidən qapılarını açacaq və əvvəlki kimi qonaqlara yüksək səviyyəli xidmət təqdim edəcək. Pepperoni pizza

Qeyd edək ki, TELEQULLE & TOWER TERRACE RESTAURANT Bakının ən bahalı və lüks restoranlarından biri kimi tanınır.

Restoranın nə vaxt yenidən fəaliyyətə başlayacağı isə hələlik açıqlanmayıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!