Bakıda tanışını öldürənə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda tanışını öldürənə hökm oxundu

Kriminal

25 İyun 2025 21:46 417


Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsdən adam öldürməkdə təqsirləndirilən Məzahir Bayramovun cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Məzahir Bayramovun 10 il azadlıqdan məhrum edilməsini təklif edib. Marqarita pizza

Müşavirədən sonra hökm oxunaraq, Məzahir Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, 2006-cı il təvəllüdlü Məzahir Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı 1998-ci il təvəllüdlü İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürüb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!