Bakıda toyda dava düşdü: 4 nəfər bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda toyda dava düşdü: 4 nəfər bıçaqlandı

Kriminal

15 Avqust 2019 05:35 1476


Bakının Binəqədi rayonunda kütləvi bıçaqlanma hadisəsi baş verib.

"Üzeyir" şadlıq sarayında keçirilən toy mərasimində yaranan mübahisə zamanı 4 nəfər bıçaqlanıb. 1992-ci il təvəllüdlü Ağababalı Elton Mahir oğlu, 1957-ci il təvəllüdlü İbrahimov Mahir Ağababa oğlu, Hüseynov Telman Allahverdi oğlu, 28 yaşlı Hüseynov Seymur Hidayət müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. pizza sifarişi

Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisənin təfərrüatını və hadisəni törədən şəxs və ya şəxslərin aşkarlanması istiqamətində istintaq əməliyyatı aparır.

Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!