Bakıda “Toyota” piyadanı vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Toyota” piyadanı vurub öldürdü

Hadisə

29 Mart 2022 11:37 647


Bakıda avtomobillə piyadanı vuran sürücü tutulub.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 28-də saat 5 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yolu keçən Sabirabad rayon sakini Rauf Nəsirov “Toyota” markalı avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb. Dominos pizza

Nərimanov Rayon polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədən, həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini A.Bağırov müəyyən edilərək saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!