Bakıda vulkan püskürməsi ilə bağlı   SON MƏLUMAT - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda vulkan püskürməsi ilə bağlı SON MƏLUMAT - FOTOLAR

Hadisə

11 Oktyabr 2025 16:10 953


Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ palçıq vulkanında baş verən püskürmənin aktivliyi dayanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, vulkan püskürməsi 11 oktyabr tarixində saat 08:27-də baş verib. Hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən dörd hektar, orta qalınlığı 1.5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir. Marqarita pizza

Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər.

Xatırladaq ki, aktiv palçıq vulkanlarından hesab edilən Otman Bozdağ palçıq vulkanında son püskürmə 2018-ci il 23 sentyabr tarixində qeydə alınıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!