Bakıda xəstə özünü pəncərədən atmaq istədi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda xəstə özünü pəncərədən atmaq istədi - Video

Hadisə

25 Aprel 2020 11:54 689


1 Saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan xəstələrdən biri tibb işçilərini vahiməyə salıb.

Yenisabah.az xəbər verir ki, Orxan adlı şəxs xəstəxananın pəncərəsinə çıxaraq, özünü oradan aşağı atacağını deyib.

Tibbi heyət və polis işçisi onu fikrindən yayındıraraq, bədbəxt hadisənin qarşısını alıb. pizza mizza

1 Saylı Kliniki Tibbi Mərkəzdən faktı Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, hadisə ötən gün baş verib:

“Həmin şəxs hərarət və nəfəs daralması ilə xəstəxanaya müraciət edib. Aidiyyəti üzrə bir neçə gündür ki, müvafiq şöbədə müalicə alır. Mövcud vəziyyətlə bağlı ailə üzvləri ilə görüşə bilmir. Bu səbəbdən belə bir addım ataraq, diqqət çəkməyə çalışıb. Onunla söhbət aparılıb, vəziyyət izah olunub. Artıq hər şey qaydasındadır, heç bir problem yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!