Mayın 29-u saat 16:00-a olan faktiki hava durumu açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. pizza
Bakıda və Abşeron yarımadasında, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda arabir şimşək çaxır, yağış yağır.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı, Laçında 15 m/s-yə çatır.
Telegram kanalımız