Yol polisindən hava şəraiti ilə bağlı   SÜRÜCÜLƏRƏ MÜRACİƏT

saytların hazırlanması

Evə çatdırılma

Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT

Sosial

29 May 2026 18:19 73


"Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciətində bildirilib.

Qeyd olunub ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir. pizza

"Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbirli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq", - müraciətdə vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!