Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri   ŞOKA SALAN QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri ŞOKA SALAN QƏRAR

Dünya

29 May 2026 11:55 2124


İşğal zamanı Qarabağ ərazisində qanunsuz silahlı qruplaşmaların tərkibində xidmət etmiş və bir vaxtlar Ermənistanda pulsuz əmlak əldə etmiş bütün yüksəkrütbəli hərbi qulluqçular yaşayış yerlərini boşaltmaları barədə bildiriş alıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, vəkil Roman Yeritsyanın bildirib ki, söhbət onlarla hərbçidən gedir. pizza mizza

Belə ki, vəkilin hüquqlarını müdafiə etdiyi Qarik Safaryan, Armen Kaqramanyan, Feliks Qabrielyan və Vladik Xaçatryan bununla bağlı bildirişlər alıb.

Bildirişdə hər hansı əsas göstərilməyib, yalnız yaşayış yerinin hərbçilərə qanun pozuntuları ilə təqdim edildiyi yazılıb. Lakin pozuntuların nədən ibarət olduğu göstərilməyib. Yeritsyan müvəkkillərinin işi ilə bağlı məhkəməyə müraciət edib və qərar gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!