Ölkəyə qanunsuz yolla gətirilən 44 mindən çox dərman vasitəsi aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Ölkəyə qanunsuz yolla gətirilən 44 mindən çox dərman vasitəsi aşkar edildi

Dünya

29 May 2026 11:37 381


Qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44 335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib. pizza hut

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!