"Karvan-Yevlax" futbol klubu baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
"Baş məşqçimiz Füzuli Məmmədovla müqavilə müddətinin başa çatması ilə əlaqədar əməkdaşlığımızın sona çatdığını bildiririk. Füzuli müəllim klubumuzda çalışdığı müddətdə peşəkarlığı, zəhməti və komandaya bağlılığı ilə Karvanın inkişafına öz töhfəsini verib. Klubumuz adından ona göstərdiyi xidmətlərə və çəkdiyi əməyə görə təşəkkürümüzü bildiririk. Dominos pizza
Füzuli Məmmədova gələcək karyerasında uğurlar, yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayırıq. Onun "Karvan-Yevlax"ın tarixində öz yeri var və xidmətləri hər zaman hörmətlə xatırlanacaq", - deyə məlumatda bildirilib.
Telegram kanalımız