Bakıda yaşayış binasında yanğın: 10 nəfər təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yaşayış binasında yanğın: 10 nəfər təxliyə edildi

Hadisə

15 Noyabr 2019 20:46 937


Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!