Bakıda yaşayış binasında   yanğın oldu - ÖLƏN VAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yaşayış binasında yanğın oldu - ÖLƏN VAR

Hadisə

11 Noyabr 2025 16:24 952


Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 75 m² olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb. Dominos pizza

Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • test
    test
    6 months ago