Bakıda yaşayış binasının yaxınlığında qumbara tapılıb   – FHN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yaşayış binasının yaxınlığında qumbara tapılıb – FHN-dən açıqlama

Kriminal

03 İyul 2019 11:50 1579


Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi rayonu Əcəmi Naxçivani küçəsi 26-da 9 mərtəbəli yaşayış binasının yaxınlığında əl qumbarası tapılması ilə bağlı rəsmi məlumat yayıb.

"Yeni Sabah"a FHN-dən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, bu, döyüş tətbiqinə yararlı olan 1 ədəd əl qumbarasıdır.

Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə yeraltı və yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar olunmayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!