Bakıda yaşlı insanlara “kömək etmək” adı ilə zülm edən şəxs saxlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yaşlı insanlara “kömək etmək” adı ilə zülm edən şəxs saxlandı

Hadisə

14 Oktyabr 2025 10:55 362


Bakının Nərimanov rayonunda iki nəfər polisə müraciət edərək bank kartlarından ümumilikdə 2000 manat məbləğində vəsaitlərinin oğurlandığını bildiriblər.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Daxil olmuş müraciətlər əsasında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Orxan Cəlilov saxlanılıb. Sezar pizza

Araşdırmalarla müəyyən olunub ki, O.Cəlilov əsasən yaşlı insanlara bankomatlardan pul çıxarmaqda “kömək etmək” adı ilə yaxınlaşıb. O, zərərçəkən şəxslərin kartlarını bankomata daxil edəndən sonra hesabda pul vəsaitinin olmadığını deyib. Həmin şəxslər bankomatdan uzaqlaşdıqdan sonra əvvəlcədən təyin etdiyi məbləğləri çıxararaq ərazidən kənarlaşıb.

O.Cəlilovdan əlavə olaraq psixotrop tərkibli metadon həbləri də aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!