Bakıda yataqxana binasında uçqun -   Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda yataqxana binasında uçqun - Video

Kriminal

06 İyul 2019 10:09 1575


Bakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında sökülən yataqxana binasında uçqun olub.

“Yeni Sabah” “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında olub. Xəsarət alan olmayıb.

Sakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb:

“Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olunacağıq”.

İcra Hakimiyyətindən bildirilib ki, bir neçə gündür qəzalı vəziyyətdə olan bina hazırda sökülür.

Qeyd edək ki, bir müddət əvvəl Baku TV 30 ailənin bu binada təhlükəli vəziyyətdə yaşaması barədə reportaj hazırlamışdı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!