Bakıda YPX avtomobilləri qaydaları belə pozdu - Video

Bakıda YPX avtomobilləri qaydaları belə pozdu - Video

Hadisə Saytların hazırlanması

05 Mart 2020 19:40 823


Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının xidməti avtomobillərini yol hərəkəti qaydalarını pozmaqla idarə etmələrini əks etdirən videogörüntülər yayılıb.

"Yeni Sabah" xəbər verir ki, "Report"un redaksiyasına daxil olan həmin videogörüntülərdən birində məlum olur ki, sayrışan işıqları işə salmadan Ziya Bünyadov prospektində hərəkətdə olan 99-YP-421 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı YPX avtomobilini sürücü təhlükəli manevrlər etməklə idarə edir. 

Digər görüntü isə Yusif Səfərəliyev küçəsində qeydə alınıb. Belə ki, dövlət qeydiyyat nömrəsi dəqiq görünməyən BMW markalı YPX avtomobili təhlükəli manevrlər etməklə hərəkətdə olan digər nəqliyyat vasitəsinin qarşısını kəsdikdən sonra sayrışan işıqları qoşur. 

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!