​​​​​​​Bakıda zəncirvari qəza:   Xəsarət alan var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

​​​​​​​Bakıda zəncirvari qəza: Xəsarət alan var - Fotolar

Hadisə

24 Fevral 2023 02:30 718


Bakının Yasamal rayonunda 4 nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Yenisabah.az xəbər verir ki, hadisə “20 Yanvar” dairəsində qeydə alınıb.

Belə ki, “KamAz” markalı yük maşının sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman yük maşının əyləcində nasazlıq yaranıb. İdarəetmədən çıxan “KamAz” əvvəlcə “Toyota” markalı avtomobilə çırpılıb ardınca “Nissan” və “Hyundai” markalı maşına dəyən yük maşını yolayrıcı betona çırpılaraq dayanıb. Yük maşının sürücüsü APA-ya bildirib ki, hadisəyə səbəb “KamAz”ın əyləc blokunun partlamasıdır. pizza

Qəza nəticəsində “Toyota” markalı avtomobilin sərnişini xəsarət alıb.

Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!