Bakıdakı davalı futbol matçı ilə bağlı BƏYANAT 

saytların hazırlanması

Evə çatdırılma

Bakıdakı davalı futbol matçı ilə bağlı BƏYANAT 

İdman

02 Sentyabr 2019 15:26 1170


“Sumqayıt” Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən “Neftçi” ilə matçın (2:1) son dəqiqələrində yaranan insidentə görə klubun rəsmi saytı vasitəsilə bəyanat yayıb.

“Yeni Sabah” həmin bəyanatı təqdim edir:

“Hörmətli futbol ictimaiyyəti! Dominos pizza

“Sumqayıt” Futbol Klubu olaraq, hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik. Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində sentyabrın 1-də Bakı şəhərindəki “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda baş vermiş insidentə görə ölkə futbol ictimaiyyətindən “Sumqayıt” FK olaraq üzr istəyirik.

Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də məsələ ilə bağlı detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq. 

“Sumqayıt” FK futbolun bir idman növü olaraq hörmət və ehtiram (Respect) kimi təməl prinsiplər üzərində indiki inkişaf səviyyəsinə çatdığına və klubumuzun hər bir üzvü bu prinsiplərə hər zaman əməl olunmasının vacibliyinə inanır.

Bu bəyanatla bir daha ölkə futbolundakı bütün rəqiblərimizə ehtiramımızı ifadə edir, “Hər şey Azərbaycan futbolu üçün!”, - deyirik”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!