Bakıdan Tbilisiyə gedənlərə VACİB XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Tbilisiyə gedənlərə VACİB XƏBƏR

Turizm

10 İyun 2026 10:56 702


Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların daşıma imkanlarını genişləndirdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, qurum yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə yay mövsümündə bu istiqamətdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşacaq.

Məlumata görə, tətil və məzuniyyətlər dövründə qatarla səyahətə tələbatın daha da artması nəzərə alınaraq, 11 iyundan etibarən Bakıdan, 12 iyundan isə Tbilisidən hərəkət edən qatarlara əlavə vaqonlar qoşulacaq. Sezar pizza

Bununla daha çox sərnişinin daşınması təmin ediləcək.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!