Bakıdan torpaq yolla çıxan sürücülər cərimələndi, həbs olunanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan torpaq yolla çıxan sürücülər cərimələndi, həbs olunanlar var

Avto

18 İyun 2020 19:55 1697


Ötən həftənin sonlarında, karantin postlarını torpaq yolla keçərək rayonlara gedən sürücülər ilə bağlı araşdırmalar davam edir. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. 

O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində minə yaxın sürücü aşkar edilərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manatdan 200 manatadək cərimə edilib.  Pepperoni pizza

Bundan başqa, xüsusi karantin rejimi qaydalarını pozduğu üçün 3 sürücü inzibati qaydada həbs edilib. 

K.Əliyev bildirib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir. Karantin postunu torpaq yolla keçən daha bir neçə sürücü barəsində inzibati qaydada tədbir görüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!