Bakıdan Ukraynaya növbəti yardım göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Ukraynaya növbəti yardım göndərildi

Maraqlı

08 Dekabr 2023 10:40 555


Azərbaycandan Ukraynaya  elektrik avadanlıqlarının növbəti hissəsi göndərilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir. Dominos pizza

Xatırladaq ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!