Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb sevgilisinə xərclədi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ŞOK OLAY: 24 yaşlı qız atasını talayıb sevgilisinə xərclədi

Kriminal

02 May 2026 10:40 463


Bakının Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

“Yeni Sabah” xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qızı 24 yaşlı S.Abdullayeva müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı S.Abdullayevanın taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla gözəllik salonu açıb və qalan vəsaiti isə sevgilisi ilə birlikdə xərcləyib.

Faktla bağlı araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!