Bakının 42 məktəbinə yeni direktor təyin olundu -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Bakının 42 məktəbinə yeni direktor təyin olundu - SİYAHI

Sosial

17 Fevral 2026 11:52 432


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 42 ümumi təhsil müəssisəsinə yeni direktor təyin olunub.

Bu barədə “Yeni Sabah”a idarədən məlumat verilib. 

Yeni təyinatlar paytaxtdakı 198, 97, 131, 308, 94, 254, 133, 81, 71, 139, 335, 334, 230, 205, 162, 155, 87, 38, 106, 298, 58, 63, 142, 337, 215, 296, 327, 258, 185, 305, 108, 165, 315, 203, 256, 323, 73 nömrəli tam orta ümumtəhsil məktəbləri, 2 nömrəli texniki-humanitar lisey, 1 nömrəli idman liseyi, 115 nömrəli xüsusi əyani-qiyabi tam orta ümumtəhsil məktəbi, 6 nömrəli respublika inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi və E.Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi üzrə müsabiqəyə çıxarılmış vakant vəzifələri əhatə edib. Yeni təyin olunmuş məktəb rəhbərləri işə qəbul üzrə müsabiqədən uğurla keçmiş şəxslərdir. Toyuqlu pizza

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!