Bakının bu yolunda hərəkət məhdudlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu yolunda hərəkət məhdudlaşdırılacaq

Sosial

06 Mart 2026 21:43 637


Bakı şəhəri, Nərimanov rayonu, Bağırov körpüsünün tunel hissəsində (metronun "Koroğlu" stansiyası istiqamətində) aparılacaq təmizlik işləri ilə əlaqədar olaraq şəbəkə formalı üzlük daşlarının və səki daşlarının yuyulması planlaşdırılır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bununla əlaqədar olaraq 7 mart saat 08:00-dan 8 mart saat 22:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Dominos pizza

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, həmin ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur", - məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!