Bakının daha bir ərasizində binalar söküləcək: Sakinlərə kompensasiya veriləcək - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakının daha bir ərasizində binalar söküləcək: Sakinlərə kompensasiya veriləcək - Video

Sosial

29 Fevral 2024 21:55 5028


Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək. Artıq bununla bağlı işlərə start verilib.

Xezerxeber.az-ın məlumatına görə, Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var.

Onların çoxu NZS qəsəbəsi ərazisində yerləşir. Bu binaların söküntüsü isə mərhələlə şəkildə həyata keçiriləcək. pizza

İlkin mərhələdə istismar müddətini başa vurmuş, qamış üzlüklü binaların söküntüsü aparılacaq. Hətta ünvanlar da artıq bəllidir.

Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayevin sözlərinə görə, həmin binalarda təmir işləri aparmaq mümkünsüz olduğu üçün onların söküntüsü nəzərdə tutulub. Həmin binalarda yaşayanlara isə kompensasiya veriləcək. Sahib Babayev söküntünün fərdi yaşayış evlərinə aid olub-olmayacağına da münasibət bildirib.

Qeyd edək ki, NZS qəsəbəsində aparılacaq söküntü işləri “Ağ Şəhər” layihəsinin tərkib hissəsidir.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!