Bakının mərkəzində hoteldə ölən Cəmil Əliyev   VƏZİFƏLİ ŞƏXS İMİŞ

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində hoteldə ölən Cəmil Əliyev VƏZİFƏLİ ŞƏXS İMİŞ

Hadisə

28 Yanvar 2026 21:12 822


Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölən şəxs Rusiyanın Krasnodar diyarında fəaliyyət göstərən diaspor rəhbəri Cəmil Əliyevdir.

Onun ailə üzvləri bildirib ki, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub: "Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının mərkəzində hotellərdən birində ürək çatışmazlığından vəfat edib". Pepperoni pizza

Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!