Bakının mərkəzində mütəşəkkil dəstə adam oğurladı, işgəncə verdi

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində mütəşəkkil dəstə adam oğurladı, işgəncə verdi

Kriminal

07 Oktyabr 2019 15:09 957


Bakıda naməlum şəxslər küçədə paytaxt sakinini oğurlayıb. 

"Yeni Sabah"ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Metronun “28 May” stansiyasının qarşısında dörd nəfərdən ibarət mütəşəkkil dəstə qabaqcadan əlbir olaraq Bakı şəhər sakini Baxşıyev Təbrik Ədalət oğlunu oğurlayaraq avtomobilə mindirib Abşeron rayonunun Xırdalan qəsəbəsinə aparıb. pizza sifarişi

Naməlum şəxslər yolda T. Baxşıyevə zorakılıq edərək işgəncə verib, üzərində olan 550 manatını alıblar. Dəstə üzvləri daha sonra onu naməlum istiqamətə aparıb, orada avtomobildən düşürüblər.

Zərərçəkmişin müraciəti əsasında Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!