Bakının mərkəzindəki müəmmalı eyvanla bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzindəki müəmmalı eyvanla bağlı RƏSMİ AÇIQLAMA

Sosial

18 Aprel 2026 12:58 2231


Bakının mərkəzində, Şəmsi Bədəlbəyli küçəsi 92 ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birinə eyvan quraşdırılması məsələsinə aydınlıq gətirilib. 

“Yeni Sabah”ın sorğusuna cavab olaraq Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, leysan yağışlarının təsirindən binanın beşinci mərtəbəsində yerləşən eyvan ciddi qəzalı vəziyyətə düşüb.

Qurumun məlumatına görə, təhlükə yaradan eyvan tam sökülüb və hazırda yenidən quraşdırılır. pizza sifarişi

Qeyd olunub ki, aparılan işlər mövcud qəzalı vəziyyətin aradan qaldırılması məqsədi daşıyır.

Xatırladaq ki, “Yeni Sabah” dünən Şəmsi Bədəlbəyli küçəsində, Heydər Əliyev Sarayının yaxınlığında yerləşən tarixi memarlıq üslublu binanın yuxarı hissəsində artırma işlərinin aparılması ilə bağlı xəbər yayımlamışdı. Həmin vaxt əraziyə avtokran tipli xüsusi texnika gətirildiyi, binanın fasad və yuxarı hissəsində metal karkas quraşdırıldığı müşahidə olunmuşdu.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!