Bakının məşhur klinikasında HƏYƏCANLI ANLAR -   Xəsarət alanlar var?

saytların hazırlanması

Evə çatdırılma

Bakının məşhur klinikasında HƏYƏCANLI ANLAR - Xəsarət alanlar var?

Hadisə

28 Yanvar 2026 16:26 1971


Bakı şəhəri, Babək prospektində yerləşən "Baku Medical Plaza"da yanğın baş verib.

Klinikadan verilən məlumata görə, yanğın qısaqapanmadan baş verib.

Bildirilib ki, xəsarət alan olmayıb: Pepperoni pizza

"Bu gün saat 13:50 radələrində "Baku Medical Plaza" klinikalar şəbəkəsinin Babək filialında qısaqapanma nəticəsində tüstülənmə hadisəsi qeydə alınıb. Tüstülənmə klinikanın birinci mərtəbəsində yerləşən boş həkim otaqlarından birində baş verib.

Hadisə baş verdiyi andan etibarən klinikanın daxili təhlükəsizlik və fövqəladə vəziyyət protokollarına uyğun olaraq operativ tədbirlər görülüb, tüstülənmə mənbəyi tam nəzarət altına alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda klinika fəaliyyətini adi rejimdə davam etdirir və tibbi xidmətlərin göstərilməsində hər hansı fasilə yaranmayıb". /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!