“Bakıxanov bazarı“ndakı yanğın söndürüldü - Yenilənib+Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Bakıxanov bazarı“ndakı yanğın söndürüldü - Yenilənib+Fotolar

Hadisə

02 Aprel 2020 01:40 1426


Sabunçu rayonunda yanğın baş verib.  

Yenisabah.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, “Bakıxanov bazarı” adlanan ərazidə qeydə alınıb. 

İlkin məlumata görə, velosiped mağazasında yaranan qısaqapanma yanğına səbəb olub.   Pepperoni pizza

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin altı texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun əhatəsi genişlənib və obyektə bitişik digər mağazalara da keçib.  

Yanğın söndürülüb, hazırda soyutma işləri görülür. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.  /Oxu.az

***

Bakının Sabunçu rayonunda yanğın olub.  

Yenisabah.az xəbər verir ki, “Bakıxanov bazarı” adlanan ərazi yanıb.  

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!