“Bakı şəhərində nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur, şəhər nəqliyyatı təkmilləşir. Bu il 300 ən müasir avtobusun Bakıya gətirilməsi nəzərdə tutulur”.
“Yeni Sabah” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident bildirib ki, bu, şəhər nəqliyyatına böyük töhfə olacaqdır: “Şəhərə yeni metro vaqonları gətiriləcəkdir. Yüzlərlə yeni lift quraşdırılacaq. Bu məqsədlər üçün dövlət büdcəsində vəsait nəzərdə tutulur. Şəhərətrafı dəmir yolunun çəkilişi prosesi davam etdirilir. Bu da şəhər nəqliyyatının işini böyük dərəcədə yaxşılaşdıracaqdır”. Pepperoni pizza
Telegram kanalımız