Mayın sonunda ölkəmizdə keçiriləcək Avropa Liqasının final oyununu izləmək üçün Bakıya təxminən 40 minə yaxın xarici vətəndaş gələcək.
"Yeni Sabah" xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Bakıda keçirilən Futbol və Biznes Sammitində çıxışı zamanı deyib.
Baş katib bildirib ki, bu rəqəm tədbir üçün Azərbaycana gələn turistlərin sayında yeni rekorddur: "Bunun iqtisadi, turizm baxımından əhəmiyyəti böyükdür. Ölkəmizdə ən çox izlənilən futboldur. 2017-ci ildə keçirilən sorğuda valideynlərin uşaqlar üçün seçdiyi birinci idman növü futbol olub. Bu, bizim üçün sevindiricidir". Dördpendirli pizza
Telegram kanalımız