Bakıya düşmən olan Okampo İrəvanda II Qareginlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıya düşmən olan Okampo İrəvanda II Qareginlə görüşdü

Dünya

15 Sentyabr 2024 14:51 395


Ermənilərin katolikosu II Qaregin İrəvanda səfərdə olan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo və Erməni Apostol Kilsəsinin Britaniya-İrlandiya Yeparxiyasının yepiskopu Hovakim Manukyanın rəhbərlik etdiyi “Həqiqət və Ədalət Mərkəzi” təşkilatının üzvləri ilə görüşüb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni kilsəsindən məlumat verilib.

Görüş zamanı Okampo guya Azərbaycan tərəfindən Ermənistanın işğal olunmuş ərazilərinin azad edilməsi, “arsax”da aparılan etnik təmizləmə məsələsinin gündəmə gəlməsi və Azərbaycanda saxlanılan “erməni əsirlərin” azad edilməsi istiqamətində fəaliyyətə başladığını deyib. Pepperoni pizza

Bununla yanaşı, Okampo bu prinsiplərin həyata keçirilməsində dünya ermənilərinin birliyinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo Azərbaycana qarşı düşmənçilik fəaliyyəti ilə tanınan şəxsdir. Hətta ötən ay Okampo ölkəmizə qarşı növbəti təxribatçı çıxış edərək, erməniləri müxtəlif həştəqlər vasitəsilə Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirindən istifadə edərək, “girov”lar məsələsini gündəmə gətirməyə çağırmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!