Bakıya narkotik gətirən şəxs saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıya narkotik gətirən şəxs saxlanılıb

Kriminal

18 İyun 2019 10:29 1203


Baş Narkotiklərlə Mübarizə və Baş Dövlət Yol Polis İdarələrinin birgə həyata keçirdikləri uğurlu  əməliyyat nəticəsində satmaq niyyəti ilə paytaxt ərazisinə narkotik vasitələr gətirən şəxs saxlanılıb.

Din-dən “Yeni Sabah”a verilən məlumata əsasən, Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Mübariz Novruzi paytaxt istiqamətində hərəkətdə olan zaman onun sərnişin kimi əyləşdiyi avtomobil Yol Patrul Xidməti Alayının 1-ci tağımının Saray qəsəbəsində yerləşən stasionar postunda saxlanılıb. Onun üzərində şəxsi aparılan zaman 251,189 qram yüksək təsiredici xassəyə malik narkototik vasitə heroin və 250,015 qram tiryək aşkar edilərək götürülüb. M.Novruzi ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə apardığını etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!