Bakıya qonaq gələn qadın itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıya qonaq gələn qadın itkin düşdü

Hadisə

20 Noyabr 2019 19:56 1235


Bərdə rayonundan Bakıya gələn qadın itkin düşüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə noyabrın 17-də baş verib.

Bərdə rayonu, Zümürxan kənd sakini, 1970-ci il təvəllüdlü Nəsibova Bahar Fərman qızı noyabrın 17-də yaşadığı kənddən çıxaraq Bakıya gəlib. Qadın Bakıda Pirallahı qəsəbəsindəki ziyarətgaha getmək məqsədilə paytaxta yollanıb. Həmin gün qadın "Koroğlu" stansiyasında avtomobildən düşüb taksi ilə ziyarətgaha yollansa da, sonradan ondan heç bir xəbər çıxmayıb. Dördpendirli pizza

Məlumata görə, qadın ruhi əsəb xəstəsi olub. Əynində qara ətək, qara ayaqqabı, göy rəngli gödəkçə, başında isə şal olub.

Qadını görənlərdən 050 376 41 66 nömrəli telefona zəng vurmaları xahiş olunur. /Baku.ws


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!