“Baku Electronics”in fəaliyyətində qanunsuzluqlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

“Baku Electronics”in fəaliyyətində qanunsuzluqlar aşkarlandı

İqtisadiyyat

24 İyul 2025 17:19 850


“Baku Electronics” MMC-nin pozuntulara yol verdiyi aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, 2025-ci ildə daxil olan müraciət əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Baku Electronics” MMC-nin satdığı “YOSHIRO” markalı televizorlarla bağlı araşdırma aparıb. 

Şikayətdə qeyd olunurdu ki, bu məhsulların satışı zamanı rəqabət qaydalarına zidd hallar ola bilər. Dördpendirli pizza

Araşdırma nəticəsində məlum olub ki, satış prosesi ilə bağlı bəzi hallarda rəqabət qanunvericiliyinin pozulması əlamətləri mövcuddur. 

Qiymətləndirmələrdən sonra Agentlik bu məsələ üzrə daha dərindən baxılması üçün rəqabət qanunvericiliyinin pozulması barədə işin qaldırılması və bu məqsədlə xüsusi rəqabət komissiyasının yaradılması barədə qərar verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!