Balaca Mehribanın şəhadətnaməsi təqdim olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Balaca Mehribanın şəhadətnaməsi təqdim olundu - Fotolar

Sosial

10 Aprel 2019 22:23 837


Aprelin 6-da dünyaya gələn 10 milyonuncu Azərbaycan vətəndaşı Mehriban Həsənovaya bu gün doğum haqqında şəhadətnamə təqdim olunub.

“Yeni Sabah” xəbər verir ki, şəhadətnamə Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayonunun qeydiyyat şöbəsində təntənəli şəkildə təqdim edilib.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Respublika Perinatal Mərkəzinə gələrək 10 milyonuncu sakin Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüb. Görüşdə Mehriban Həsənovanın hesabına vəsait köçürüldüyü bildirilib və sertifikat təqdim olunub. Dominos pizza

Bundan başqa, uşağın valideynlərinə dövlət tərəfindən mənzil hədiyyə olunub. Onlara mənzilin çıxarışı və hədiyyələr də təqdim edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!