Balakəndə avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər cərimələndi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər cərimələndi - Fotolar

Rəsmi

13 İyun 2023 21:27 1186


Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtomobillərdə konstruksiya dəyişikliyi edən sürücülərin müəyyən edilərək barələrində qanunvericiliyin tələblərin uyğun tədbirlər görülməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdıran, konstruksiya dəyişikliyinə yol verən avtonəqliyyat vasitələrinin sürücüləri saxlanılıb.

Yerində aradan qaldırılması mümkün olmadığından avtomobillər müvəqqəti duracağa yerləşdirilib və sürücülər barəsində inzibati protokollar tərtib edilib. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!