Balakəndə avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olundu

Kriminal

13 Noyabr 2025 11:01 493


Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbir keçiriblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, keçirilən tədbirlər zamanı spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 5, eləcə də rayon ərazisində avtoxuliqanlıq edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradan 1 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. 

Həmçinin yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!