Balakəndə qaydaları pozan piyadalar barəsində tədbir görüldü

saytların hazırlanması

Evə çatdırılma

Balakəndə qaydaları pozan piyadalar barəsində tədbir görüldü

Rəsmi

05 İyul 2023 20:48 2369


Yol hərəkətinin təhlükəsizliyinin təmini, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, avtomobillərin hərəkətinin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyən piyadalarla maarifləndirici söhbətlər aparılıb.

Özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi onlara izah edilib.  Dominos pizza

Edilən xəbərdarlıqlara rəğmən təkrar analoji qayda pozuntusuna yol verən şəxslər barəsində inzibati tənbeh tədbiri görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!